Şrift:
Xoyda qaz balonunun partlaması nəticəsində 24 nəfər xəsarət alıb
01.07.2016 [03:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində qaz balonunun (qaz kəpsulunun) partlaması nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə, iyunun 29-u axşam saatlarında Xoy şəhərinin yaxınlığındakı Şorik kəndində baş verib. Kənd evlərindən birində qaz balonundan qazın sızması nəticəsində partlayış əmələ gəlib və evin 4 sakini ağır yaralanıb. Hadisədən az sonra yaralıların yardımına gələn kənd sakinləri, evə daxil olarkən yenidən partlayış olub. İkinci partlayışda isə daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xoy şəhərinin səhiyyə və dərman şəbəkəsinin Mahmudzadə soyadlı rəisi məsələ ilə bağlı jurnalistlərə açıqlama verərək bildirib ki, hadisədə yaralanan və ya xəsarət alanlar Xoyun “Qəməri Bəni Haşım” xəstəxanasına aparılıb. O deyib ki, yaralılardan bir neçəsinin səhhəti ağır olduğuna görə, onlar Təbriz və Urmiya xəstrəxanalarına köçürülüb.
Bu xəbər oxucular tərəfindən 900 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed