Şrift:
Təbriz Şəhər Şurasının daha iki üzvü azadlığa buraxılıb
01.07.2016 [03:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının daha 2 üvzü həbsxanadan azadlığa buraxılıb. Ehtişam Hacipur, xanım Elmira Xamaçı və Əkrəm Həzrətidən sonra azadlığa buraxılan üçüncü Şura üzvüdür.
2 ay saxlandıqdan sonra sərbəst buraxılan E.Hacipurun Şəhər Şurasının növbəti iclasına qatılacağı gözlənilir.

Bu xəbər yayıldıqdan bir neçə saat sonra Təbriz Şəhər Şurasının 4-cü üzvünün də azadlığa buraxıldığı barədə məlumat yayılıb. Həbib Şiri Azər həbsxanadan sərbəst buraxıldıqdan sonra artıq bütün Şura üzvlərinin azadlıqda olduğu bildirilir.

H.Şiri Azərlə birlikdə Təbriz Bələdiyyə İdarəsinin daha bir neçə məmuru da azad edilib.

Saytımızda, son vaxtlar Təbrizin Bələdiyyə İdarəsi və Şəhər Şurasında ciddi böhranın yaşandığı barədə çoxsaylı xəbər yayılıb. İran rəsmilərinin sözlərinə görə, Təbriz şəhər şurasının dosyesi ilə əlaqədar 31 nəfər barəsində cinayət işi açılıb. Onlardan 4-ü Şura üzvü, digərləri isə Bələdiyyə məmurları və Bələdiyyə ilə müqavilə bağlayan podratçılardan (peymankar) ibarət olub. Yaşanan böhranla bağlı müxtəlif iddialar var. Ölkə rəsmiləri yaxalanan şəxsləri rüşvətxorluq və korrupsiyada (fəsade malı) günahlandırsa da, qeyri-rəsmi mənbələr onların İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) bəzi layihələrinə qarşı çıxdıqlarını və bu səbəbdən tutulduqlarını iddia edir.
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed