Şrift:
Prezident İlham Əliyev və Con Kerri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
01.07.2016 [09:59] - Gündəm, Siyasət
İyunun 30-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidməti məlumat verir ki, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed