Şrift:
Ərdəbilli milli-mədəni fəallar təhdid edilib – Qüds günü ərəfəsində
01.07.2016 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbildə Qüds günü ərəfəsində azərbacanlı milli-mədəni fəallar ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən təhdid edilib.
Məmurlar iyunun 30-da bir neçə fəalın iş yerinə müraciət edib və həmçinin telefon əlaqəsi saxlayaraq onlardan Qüds günü mərasimlərinə qatılmamaları, Dağlıq Qarabağ və uyğur türkləri ilə bağlı şüar səsləndirməmələrini istəyiblər.

ETTELAAT məmurları azərbaycanlı fəalların Qüds günü mərasimlərinə qatılıb və milli şüarlar səsləndirməsindən ehtiyat etdiyi üçün, mərasimlərə qatılacaqları təqdirdə onlara qarşı ciddi tədbirlərin alınacağı barədə xəbərdarlıq edib.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed