Şrift:
Əhərdə və Təbrizdə 5 azərbaycanlı fəal tutulub
01.07.2016 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda dinc mübarizə aparan 5 azərbaycanlı fəal tutulub.
İrandakı hüquq müdafiəçilərinə məxsus “hra-news.org” saytının yaydığı məlumata əsasən, son günlər yerli ETTELAAT idarəsinin telefon çağırışlarına məhəl qoymayan və idarəyə gedib ifadə verməkdən imtina edən Əhərli fəallar İbrahim Nuri və Əkbər Cahangiri təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.

Həmçinin ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları iyunun 30-u axşam saatlarında milli zəmində aparadıqları dinc fəaliyyətlərinə görə fəallar, Əkbər Mühaciri, Milad Əkbəri və Əli Həmzəzadəni tutub bilinməz istiqamətə aparıblar.Həbs edilən dinc fəalların hazırda harada saxlanıldığı, onların konkret nədə günahlandırıldığı bilinmir.

Bildirilir ki, milli zəmindəki dinc fəaliyyətinə görə 5 gün əvvəl tutulan digər azərbaycanlı fəal, Rəhim Zarei iyunun 30-da mülk girovu qarşılığında azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed