Şrift:
Gürcüstanda SOCAR-ın yeni qazpaylayıcı şəbəkəsi açılıb
05.09.2016 [08:46] - Gündəm, Borçalı
SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdədir.

SOCAR-ın saytı xəbər verir ki, R.Abdullayev Gürcüstanın energetika naziri Kaxi Kaladze ilə görüşüb, sonra onunla birlikdə azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kəndində yeni tikilmiş qazpaylayıcı şəbəkənin açılış mərasimində iştirak edib.

Bu şəbəkəyə Qırıxlı kəndinin 259 abonenti qoşulub. Kənd sakinləri ilə görüşdə bildirilib ki, ilin sonuna qədər yaxınlıqdakı Kvemo Kulari kəndinin də qazlaşdırılması başa çatacaq və daha 137 potensial abonent şəbəkəyə qoşulacaq. SOCAR prezidenti azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda qazlaşdırmanın ümumi vəziyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, indiyə qədər bölgədəki 26 837 abonentin qazlaşdırılması üçün 1027 kilometr uzunluğunda qaz xətləri çəkilib. Cari ilin sonuna qədər daha 158 kilometr uzunluğunda kəmərlərin çəkilməsi ilə 3500-ə yaxın potensial abonenti də “mavi yanacaqla” təmin etmək mümkün olacaq.

Ümumiyyətlə 2009-cu ildən bu günə qədər “SOCAR Georgia Gass” törəmə şirkəti tərəfindən ölkədə 5360 kilometr uzunluğunda qaz xətləri çəkilib, 209 136 abonent qazlaşdırılıb. 2016-cı ilin sonuna qədər 1600 kilometr uzunluğunda qaz xətlərinin çəkilməsi və daha 40 000 min potensial abonentin qazlaşdırılması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed