Şrift:
Ötən 9 ayın yol terroru: 571 ölü, 1555 yaralı
11.10.2016 [11:03] - Gündəm, Hadisə
2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda 571 nəfər həlak olub, 1555 nəfər isə yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), həlak olanların sayı 95 nəfər (14,3%), yaralananların sayı isə 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu qəzaların nəticəsində 138 nəfər həlak olub, 515 nəfər isə yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed