Şrift:
Şəkidə bazarda yanğın baş verib
12.10.2016 [12:03] - Gündəm, Hadisə
Şəki şəhərində ümumi sahəsi iki hektar olan “Şəki Bazar” ASC-nin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində bazarın ərazisində geyim əşyalarının satıldığı 90 konteyner və 20 satış piştaxtası 1200 kvadratmetr sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed