Şrift:
Daha 5 “Sepah”çının meyitləri ölkəyə gətirilib
18.10.2016 [08:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 5 üzvü Suriya savaşında həlak olub. Həlak olanlardan 1-i İran, 4-ü isə Pakistan vətəndaşlarıdır.
Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”ın muzdlu Pakistan vətəndaşlarından ibarət “Zeynəbiyyun” briqadasının üzvləri, Seyid Sacid Hüseyn, Seyid Möhsün Həsən, Seyidəli Hüseyni və Şübeyr Hüseyn, eləcə də “Sepah”ın 22 yaşlı yerli üzvü, axund Səid Bəyazi Zadə, bu ölkənin Hələb əyalətində Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda öldürülüb. Meyitləri ölkəyə gətirilən “Sepah”çılar, oktyabrın 17-də İranın Qum və Kirman şəhərlərində dəfn edilib.

İran İslam Respublikası Suriya hökumətinin əsas sponsor və himayədarlarından biri sayılır. Son illər Əsədi və onun hökumətini qorumaq məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub. Ölənlərin əksəriyyətini isə “Sepah”ın Əfqanıstan və Pakistandan olan muzdlu üzvləri təşkil edir.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed