Şrift:
İraqda 400 ərəb əşirəti Türkiyəni Mosul əməliyyatına dəvət etdi
18.10.2016 [11:20] - Gündəm, Siyasət, Bildiriş
Təcili: İraqda 400 ərəb əşirəti ayağa qalxdı və Türkiyəni Mosul əməliyyatına dəvət etdilər – İran və İbadinin Mosulda qətliam planının üstünü açdılar

İraqın müxtəlif bölgələri və Mosuldan olan 400 sünni əşirətinin lideri Ərbildə Türkiyənin İraq məsələsində tuduğu mövqeni dəstəkləmək üçün Ərbildə toplantı keçiriblər.

Avropa.info xəbər verir ki, əşirət liderləri toplantıda Türkiyəni İraqa dəvət ediblər. Toplantıdan sonra yayılan bəyanatda İraqın baş naziri Heydər əl İbadi məzhəbçilikdə ittiham olunub.

” İraq baş naziri və parlamentini iraqlılara hər zaman hərbi təlim, humanitar yardımları ilə əl uzadan qonşu ölkə Türkiyəyə qarşı tutduğu ədalətsiz davranışlardan dolayı qınayırıq. Hazırkı İraq parlamenti bölücüdür, Türkiyə isə hər zaman iraqlıların yanında olub. İraq baş naziri İbadi çirkin açıqlama və qərarlar yerinə Türkiyəyə təşəkkür etməli idi. İbadi isə bizə hər zaman dayaq olmuş qardaş ölkə Türkiyəyə qarşı axmaqlıq və nankorluq etdi

İraq hökuməti və parlamentini İrandan gəlmə şiə silahlı qrupları və bu qrupların İraqın daxili işlərinə necə müdaxilə etməsi maraqlandırmır, amma, Türkiyənin tarixi mövqeyinə qarşı çıxır. İranlı general Qasım Süleymanı və onun şiə qruplaşmalarının Səlahəddin, Diyala, Kərkük və Bağdadda sünni iraqlıların cəsədləri üzərində rəqs etməsi və xarici ölkələrin İraqın daxili işlərinə qarışması hökumətin tükünü belə tərpətmir, amma Türkiyəyə qarşı düşməncəsinə davranırlar.
Biz ərəb tayfaları olaraq Türkiyənin sonuna qədər yanındayıq və Mosulda İrana bağlı şiə qriplarının olmasına əsla izn vermərik. İraq dəstəkli koalisiyanın Mosulda sünni qətliamı həyata keçirmək istədiyini bilirik. Bunun səbəbkarı isə baş nazir İbadi və keçmiş baş nazir Malikidir. Biz Türkiyənin Mosul əməliyyatına müdaxilə etməsini qətiyyətlə istəyir və bunu bütün dünyaya bəyan edirik” deyə əşirət liderləri yaydığı bəyanatda bildirirlər.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed