Şrift:
Zakir Həsənov: Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında bir gün də tab gətirə bilməz
07.03.2012 [21:49] - Xəbərlər, Hərb
Bunu Daxili Qoşunların (DQ) yaradılmasının 20-ci illiyi münasibətilə Daxili Qoşunların komandanı Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Z. Həsənov qeyd edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etdiyi zaman Ermənistan hərbçilərinin döyüş qabiliyyətinə bələd olub: “Ermənilər 1993-cü ildə rusların köməyi ilə döyüşsələr də, çox vaxt döyüş meydanını qoyub-qaçırdılar. Horadiz əməliyyatını yadınıza salmaq istərdim”.
Z. Həsənov bildirib ki, bu gün Daxili Qoşunların istifadəsində olan silah-sursat aparıcı ölkələrlə eyni səviyyədədir: “Daxili Qoşunların döyüş hazırlığı da ən yüksək səviyyədədir. Bizim xüsusi təyinatlılar çox yüksək bacarığa malikdir və peşəkar tələblərə cavab verirlər”.
Bu xəbər oxucular tərəfindən 3266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed