Şrift:
Xorvatiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
11.03.2012 [18:27] - Siyasət
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç bazar günü Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident İvo Yosipoviç və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed