Şrift:
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib
15.11.2016 [10:31] - Gündəm, İqtisadiyyat
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müzakirələr noyabrın 14-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su təchizatı, nəqliyyat-yol şəbəkəsi və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı AİB-in 2017-2019-cu illər üçün Azərbaycan üzrə Biznes Planı çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan "Cənub Qaz Dəhlizi" layihəsi, dəmir yolu nəqliyyatı sisteminin yenidən qurulması və inkişafı, bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.

Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən Vençay Janq etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed