Şrift:
“Bulla-dəniz” yatağında 125 nömrəli quyu istismara verilib
17.11.2016 [10:18] - Gündəm, İqtisadiyyat
Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından böyük əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağının şimal-şərq qanadında (II tektonik blok) yerləşən 122 nömrəli özüldən layihə dərinliyi 6 min 200 metr olan 125 nömrəli quyu istismara buraxılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, quyuda qazma işlərinə 2015-ci il iyulun 29-da başlanılıb. Qazma işində ən mütərəqqi texnoloji yeniliklərdən istifadə edilib. Qazmaçıların fasiləsiz və gərgin əməyinin nəticəsi olaraq qazma işləri 6 min 182 metr dərinliyə kimi aparılıb, layihə horizontu tam açılıb. Bu il noyabrın 3-də isə 6182-6003,5 metr intervalına paker yığımlı “alt” istismar kəməri endirilib. Mənimsəmə işlərinə başlanılıb və 125 nömrəli istismar quyusu sutkalıq 280 min kubmetr qaz və 80 ton kondensat hasilati ilə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istismar fonduna təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed