Şrift:
Manat xarici valyutalara qarşı bahalaşıb
17.11.2016 [10:21] - Gündəm, İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7039 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,42% zəifləyərək 1,8225 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,75% ucuzlaşaraq 0,0264 manat olub.

Türkiyə lirəsinin məzənnəsi isə 0,95% azalaraq 0,5131 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1188 manatdır. Beləliklə, funt sterlinq 0,21%-lik azalma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,1% ucuzlaşaraq 0,6857 manat olub.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed