Şrift:
İsveç milli rəqəmsal valyutasını buraxmağı planlaşdırır
18.11.2016 [10:07] - Gündəm, İqtisadiyyat
İsveç yaxın iki il ərzində "ekrona" adlı milli rəqəmsal valyutasını buraxmağı planlaşdırır.


İsveçin "Riksbank" Mərkəzi Bankının müdirinin müavini Sesiliya Skinqsley bildirib ki, İsveç ölkədə nağd vəsaitlərin istifadəsinin kəskin düşməsindən atılacaq addımları nəzərdən keçirir. Belə ki, 2009-cu ildən ölkədə dövriyyədə olan banknot və sikkələrin sayı 40 faiz düşüb.

Bu ilin əvvəllərində Böyük Britaniyanın Daxili İşlər Nazirliyi rəqəmsal valyutanın ölkə üçün bir sıra üstünlüklərə malik olduğunu deyib.

Qeyd edək ki, 1660-cı ildə İsveçin "Riksbank" bankı dünyada kağız əsginaslar buraxmağa başlayan ilk Mərkəzi Bank olub.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed