Şrift:
Özbəkistan 27 dövlətlə viza rejimini ləğv edir
07.12.2016 [13:17] - Gündəm, Siyasət
zbəkistan 27 ölkə ilə viza rejimin ləğv edir.
2017-ci il aprelin 1-dən dünyanın 15 dövlətinin vətəndaşları ölkəyə vizasız səyahət edə biləcək.
İnformasiyaya görə, Özbəkistanın yeni seçilən prezidenti, hələlik dövlət başçısı səlahiyətlərini icra edən baş nazir Şövkət Mirziyoyevin imzaladığı fərmana əsasən, Avstraliya, Avstriya, Almaniya, Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Cənubi Koreya, Sinqapur, Finlandiya, İsveçrə və Yaponiya ilə viza rejimi ləğv ediləcək.
Bundan başqa, 12 dövlətin-ABŞ, Belçika, İndoneziya, Çin (turist qruplarla), Fransa, Vyetnam, İsrail, Polşa, Macarıstan, Portuqaliya, Malaziya və Çexiyanın yaşı 55 və daha çox olan vətəndaşları Özbəkistana vizasız səyahət edə biləcəklər.
Məlumata görə, həmin dövlətlərin vətəndaşları ölkəyə girişdə 50 dollar ödəyib, Özbəkistanda 30 gün qala biləcəklər.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed