Şrift:
Yunanıstanda 24 saatlıq ümumi tətil keçiriləcək
08.12.2016 [10:21] - Siyasət
Cümə axşamı Yunanıstanda hökumətin apardığı sərt iqtisadi tədbirlərə etiraz əlaməti olaraq 24 saatlıq ümummilli tətil keçiriləcək.
Ölkənin dövlət qulluqçularının iki böyük həmkarlar ittifaqı birliyi tətildə iştirak edəcəyini bildirib.
Xüsusilə, Bakı vaxtı ilə saat 16:00-dan qatar, tramvay və şəhərətrafı elektrik qatarı işləməyəcək, uzaq yola çıxan qatarlar cümə axşamı ümumiyyətlə marşruta çıxmayacaq. Həmçinin Ümumyunanıstan Dəniz Federasiyasına məxsus gəmilər limanlarda qalacaq.
Həkimlər, müəllimlər, maliyyə sektorunun işçiləri, vergi müfəttişləri də tətilə qoşulmaq niyyətindədirlər.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed