Şrift:
AKP və MHP Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təkliflər paketinin mətnini razılaşdırıb
09.12.2016 [10:17] - Siyasət
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketinin mətnində razılığa gəlib.
Sənəd dekabrın 9-da və ya dekabrın 10-da Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək.
Qeyd edək ki, Türkiyədə Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendumun 2017-ci il aprelin 23-də keçiriləcəyi gözlənilir. AKP və MHP-dən olan 351 millət vəkilinin səs verməsi nəticəsində konstitusiyaya əlavə və dəyişikliklər parlamentdə qəbul ediləcək, daha sonra sənəd referendumda xalqın səsverməsinə çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed