Şrift:
Qazaxıstan Parlamenti Məclisinin sədri Azərbaycana səfərə gəlib
22.12.2016 [10:16] - Siyasət
Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Parlamenti Məclisinin sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Nurlan Niqmatulin jurnalistlərə müsahibəsində dost ölkə olan Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, səfərinin məqsədinin dekabrın 22-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahının açılış mərasimində iştirak etmək olduğunu deyib. Sədr Bakıda TÜRKPA-nın mənzil-qərargahının tikilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed