Şrift:
Türkiyə və Rusiya prezidentləri Suriya problemi ilə Andrey Karlovun sui-qəsdini müzakirə ediblər
24.12.2016 [10:04] - Gündəm, Siyasət
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub.

Anadolu agentliyi xəbər verir ki, prezidentlər Suriya problemi və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində dünyasını dəyişməsini müzakirə ediblər.

Hələbdəki təxliyə əməliyyatlarının birgə səylər nəticəsində həyata keçirilməsindən məmnunluq duyduqlarını dilə gətirən Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin atəşkəsin bütün Suriya ərazisini əhatə etməsi məsələsində birlikdə çalışmağın vacibliyini vurğulayıblar.

Prezidentlər A.Karlovun sui-qəsdinin işıqlandırılması üzrə istintaqda birgə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed