Şrift:
Kölə kimi diz üstə yaşamaqdansa, ayaq üstə mərd ölmək yaxşıdır
31.03.2012 [12:41] - Gündəm, Türk dünyası-Turan, Özəl xəbər
QIRĞIZ PREZİDENTİ MİLLİ MƏCLİSDƏ DANIŞDI: “KÖLƏ KİMİ DİZ ÜSTDƏ YAŞAMAQDANSA AYAQ ÜSTDƏ MƏRD ÖLMƏK YAXŞIDIR”
Martın 30-da Milli Məclisin iclası keçirilib. İclasda Bakıda səfərdə olan Qırğız Respublikasının prezidenti Almazbek Atambayev çıxış edib.
Almazbek Atambayev bildirib ki, azərbaycanlıların və qırğızların tarixi və kökü birdir: “Çox şadam ki, Azərbaycana rəsmi səfər edən Qırğız prezidentiyəm, çünki biz eyni xalıqıq - biz türkük”.

Atambayev bütün türk dövlətləri arasında əlaqələri gücləndirməyin vacib olduğunu söyləyib. O, SSRİ dövründə repressiyalar zamanı 10 min nəfərə yaxın azərbaycanlının Qırğıza (Türküstan) köçürülməsindən və azərbaycanlılarla yanaşı qırğızların da başına gələn faciələrdən bəhs edib: “Bu tarixdən hamımız bir nəticə çıxartmalıyıq. Bir-birimizə kömək edərək sağ qalmağı qazandıq və bunu yaşatmalıyıq. Qırğızlarla azərbaycanlıların dövlətçilik yolu keşməkeşli olub. Biz ata-babalarımızın tövsiyələrinə əməl etməliyik. Bizim ortaq “Manas” və “Dədə Qorqud” dastanlarımız var.

Bu gün tarix türk dövlətlərinin birliyini möhkəmlətmək üçün daha bir şans verib. Bunun üçün türk respublikaları ayağa qalaxaraq güclü dövlətlərə çevrilmədir. Qırğız 20 il əvvəl müstəqillik əldə edib. Amma bu gün də bir çox iri dövlətlərdən asılıdır. Bizi tez-tez diz çökdürməyə çalışırlar, amma biz heç zaman onların köləsi olmayacağıq. Çünki kölə kimi diz üstdə yaşamaqdansa ayaq üstdə mərd ölmək yaxşıdır”.
Bu xəbər oxucular tərəfindən 1479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed