Şrift:
Təbrizdə futbol tamaşaçıları olmadan səhənd stadionunun açılışı olub
16.01.2017 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin səhənd stadionu təxminən 8 ay təmir işləri aparıldıqdan sonra yanvarın 13-də açılıb.

Açılış mərasimi futbol tamaşaçıları qatılmadan Şərqi Azərbaycan valisi və digər yerli məsulların iştirakı ilə keçirilib.

70 min nəfərlik stadion super liqa yarışlarının 16-cı həftəsində Təbrizin “Maşınsazi” və Xuzistanın “Fulad” komandalarının yarışı ilə yenidən fəaliyyətə başlayıb. Müsabiqə zamanı stadionda 500 nəfərdən az futbol tamaşaçısının olduğu bildirilir.

“Fars news” xəbər agentliyi adını çəkmədən açılış mərasimi iştirakçılarından birinə istinad edərək səhənd stadionunda problemlərin heç də bitmədiyini yazıb. “Aradan bir ay keçməmiş stadionun otörtüyü yenidən sıradan çıxacaq. Ona görə də yaz aylarında Türkiyədən yeni otörtüyü gətirilmək lazım olacaq”- deyə məlumatda bildirilib.

Son vaxtlar stadionunun meydançasında istifadə edilən toxumun bölgə iqliminə uyğun gəlmədiyi səbəbindən toxumun göyərmədiyi üçün stadionun gec istifadəyə verildiyi barədə çoxlu məlumat yayılmışdır. Lakin yerli idman sahəsi məsulların bütün cəhdlərinə baxmayaraq bu məsələ ilə əlaqədar müəyyən orqanların diktəsi ilə qərar verildi və bu səbəbdən futbol meydançasında yaxın gələcəkdə yenidən otörtüyünə ehtiyac yaranacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed