Şrift:
Hasilatın azaldılması barədə razılığa əməl olunması neft bahalaşdırır
17.02.2017 [10:50] - İqtisadiyyat
Dünya birjalarında neft yenidən bahalalaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,13% artaraq 53,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar və ya 0,20% artaraq 55,76 dollar olub.

Neftin bahalaşmasına OPEC üzv və üzv olmayan neft istehsalçısı olan ölkələrin 90%-nin hasilatın azaldılması barədə razılığa əməl etməsi səbəb olub.
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed