Şrift:
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib
29.03.2017 [10:20] - İdman
"Telekom" komandası qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017 mövsümünün qalibi olub.
Serbiyalı Zoran Qaiçin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının son turunda "Lokomotiv"i 3:0 hesabı ilə məğlub edərək, qızıl medallara sahib çıxıb.
Mövsümə saat 18:00-da start götürəcək "Azəryol” – "Azərreyl” matçı ilə yekun vurulacaq. Lakin həmin görüşün nəticəsi heç bir əhəmiyyət kəsb etmir. "Telekom"un qalibiyyətindən sonra "dəmiryolçular” çempion titulu ilə vidalaşaraq, gümüş medalla kifayətləniblər. "Azəryol" isə bürünc medalları daha əvvəl özü üçün təmin etmişdi.
"Azərreyl” Voleybol Bazasında baş tutacaq matçdan sonra mükafatlandırma mərasimi olacaq.
Qeyd edək ki, reqlamentə əsasən, xallar deyil, qələbə sayı əsas götürülür. Hesabında 12 xal olan "Lokomotiv" 4-cü, xal qazana bilməyən Gürcüstan komandası isə sonuncu yeri tutub.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed