Şrift:
Azərbaycanlı iş adamları Qazaxıstanda sərgi və foruma qatılacaqlar
29.03.2017 [10:24] - İqtisadiyyat, Türk dünyası-Turan
Şanxay Əməkdaşlıq Təşkilatının İşgüzar Şurası tərəfindən Qazaxıstanın paytaxtı təşkil olunacaq “Yaşıl İqtisadiyyatın İnkişaf Perspektivləri” EKSPO-2017 sərgisi keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, sərgi iyunun 7-də Astana şəhərində baş tutacaq. Eyni zamanda sərgi çərçivəsində biznes forumun keçirilməsi planlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər.
Sərgi və forumda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya (əlaqələndirici şəxs: Anar Nuriyev, tel.: +99412 598 01 47 (daxili: 123), e-mail: anuriyev@azpromo.az) müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed