Şrift:
Tovuzda güclü külək nəticəsində bir neçə evin tavanı və hasarı uçub
29.03.2017 [10:26] - Hadisə
Güclü külək Tovuz rayonunda fəsadlar törədib.
Təbiət hadisəsi zamanı bir neçə evin hasarı dağılıb, dam örtüyü uçub.
Gecə saatlarında güclənən külək nəticəsində 10-a yaxın kəndin elektrik enerjisi kəsilib. Yerli sakinlərin sözlərinə görə, Yuxarı Öysüzlü kəndində qəfildən başlanan külək yaşayış evlərinin hasarını aşırıb, həmçinin rayon mərkəzində yerləşən piyada keçidinin tavanına ziyan dəyib.
Tovuz Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, elektrik enerjisinin verilişində fasilələr yaranan bir neçə kənddə problem artıq aradan qaldırılıb. Digər kəndlərdə işlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed