Şrift:
Dünyada vərəmlə xəstələnmə göstəricisi azalır
29.03.2017 [10:28] - Sağlıq
”Dünyada vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfərə 40%-dən 36%-ə enib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə əlaqələndiricisi Cəvahir Süleymanova bildirib. O deyib ki, dərmanlara həssas vərəm xəstələrinin uğurlu müalicə göstəricisi 72%-dən 76%-ə, çoxsaylı dərmanlara davamlı (ÇDD) vərəmin aşkarlanma göstərici 30%-dən 63%-ə, ÇDD-vərəm müalicə əhatəsi 63%-dən 96%-ə, ÇDD-vərəm xəstələrinin uğurlu müalicə göstəricisi 48%-dən 51%-ə yüksəlib.

C. Süleymanova qeyd edib ki, dünyada 2011-2015-ci illər arasında vərəmdən ölüm hallarının sayı 8,3% azalıb. Əgər cari tendensiya davam edərsə, 2018-ci ilə qədər məqsəd kimi müəyyən edilmiş hər 100 nəfərə 2,7 ölüm göstəricisinə nail olmaq olar: “Dünyada yeni vərəm hallarının sayı 4,7% azalıb. Bu tendensiya davam edərsə, yeni vərəm hallarının sayı 29,2%-dən 24%-ə enə bilər. Avropa regionunda 323 min nəfər vərəmə yoluxub və 32 min insan ölüb. Vərəmə yoluxan 323 min nəfərdən 190 mini kişi (58%), 25 mini uşaq (8%), 111 mini qadın (34%) olub. Hər iki vərəmli xəstədən biri yetkindir. 2011-2016-cı illər arasında vərəmlə İİV-in kombinasiyası Avropada 5,5%-dən 9%-dək artıb. Çoxsaylı dərmanlara davamlı olan vərəm (ÇDD) halları göstəriciləri Avropada yüksəkdir”.
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed