Şrift:
Florbol üzrə Azərbaycan millisi Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarının qalibi olub
29.03.2017 [10:32] - İdman
Avstriyanın Qraz şəhərində keçirilən Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları başa çatıb.

Oyunlarda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin florbol (topla döşəmə üzərində xokkey) üzrə yığma komandası uğurla çıxış edib.

Finaladək inamla irəliləyən yığmamız qızıl medal uğrunda görüşdə Venesuela millisi ilə qarşılaşıb. Rəqibinə 7:3 hesabı ilə qalib gələn komandamız yarışı birinci pillədə başa vurub.

Beləliklə, iyirmi ildən sonra Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında iştirak edən florbol üzrə yığma komandamız fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed