Şrift:
ABŞ və Çin arasında yaxınlaşma: Si Tzinp ABŞ-dadır
07.04.2017 [10:23] - Gündəm, Siyasət
Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ-a səfər edib. Çin liderinin təyyarəsi Floridanın “Palm Biç” hava limanında eniş edib. ABŞ prezidenti Donald Tramp da Çin rəhbəri ilə görüşmək üçün Floridaya səfər edəcək.
Trampın Si Tzinpinlə ilk görüşü onun Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutacaq. Liderlər arasında danışıqların aprelin 7-də keçiriləcəyi planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlər, ticarət disbalansı, Tayvan məsələsi, Cənub-Çin dənizi ətrafındakı mübahisə və Şimali Koreyanın nüvə problemi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed