Şrift:
Azərbaycan və Özbəkistan diplomatları ikitərəfli əlaqələri müzakirə ediblər
07.04.2017 [10:27] - Türk dünyası-Turan
Aprelin 6-da Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Özbəkistanın xarici siyasət idarəsində danışıqlar aparıb.
Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan nümayəndə heyəti Daşkəndə MDB-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün səfər edib.
Tərəflər siyasi, ticari-iqtisadi, mədəni-humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələrdə Azərbaycan-Özbəkistan münasibətlərinin cari vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Diplomatlar ölkələrin BMT və MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə diqqət ayırıblar.
Tərəflər, xüsusilə də, ticari-iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Onlar, həmçinin iki ölkənin işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı mal tədarükü nomenklaturalarının şaxələndirilməsinin tərəfdarı olduqlarını ifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed