Şrift:
Abşeronda yanğın olub, ölən var
07.04.2017 [10:32] - Hadisə
Bu gün Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan bir kişi cəsədi aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed