Şrift:
Azərbaycanlı fəallar Əkbər Mühaciri və Sədulla Sasani saxlanılıb – Təbrizdə
07.04.2017 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində daha iki azərbaycanlı milli-mədəni fəalın saxlanıldığı bildirilir.

Məlumata görə, aprelin 6-da “Bunyan-i Dizel” stadionunda Əkbər Muhaciri və Sədulla Sasani təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

Hələlik onların yaxalanma səbəbi və harada saxlandığı barədə heç bir məlumat yoxdur.

Martın 6-da Təbrizin “Bunyan-i Dizel” stadionunda bu şəhərin “Qostəreşe fulad” takımı ilə “İstiqlal” komandası qarşılaşıb, Super liqa yarışlarının 26-ci həftəsində keçirilən oyun 1-1 bərabər hesabla sona çatıb.

Xatırladaq ki, Əkər Muhaciri bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzası ilə üzləşib və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed