Şrift:
Türkiyə: PKK-nın 2015-ci ilin iyulundan bəri verdiyi itkilər açıqlanıb
11.04.2017 [10:11] - Xəbərlər, Hərb
Türkiyə Silahlı Qüvvələri 2015-ci ilin iyul ayından bəri 10 min 91 PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyənin milli müdafiə naziri Fikri Işıq məlumat verib.

Nazirin sözlərinə görə, zərərsizləşdirilən silahlılardan 7071-i məhv edilib, 1020-si yaralanıb, 963-ü həbs olunub, 1037-si isə silahını yerə qoyaraq təhlükəsizlik qüvvələrinə təslim olub.

Qeyd edək ki, Türkiyədə 2015-ci ilin iyulunda PKK terror təşkilatı ilə silahlı toqquşmalar yenidən qızışıb. Həmin vaxtdan indiyədək terrorçuların hücumları nəticəsində 900-ə yaxın hərbçi və polis, həmçinin 300-dən çox dinc sakin həlak olub.
Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed