Şrift:
“İşğalçı Ermənistanın Azərbaycan torpaqlarından çəkilməsinin vaxtıdır”
13.10.2011 [16:46] - Hərb
Oktyabrın 13-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü olub.



Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, türkiyəli nazirin Azərbaycan MN-də təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.


Geniş tərkibli görüşdə nazir S. Əbiyev İ. Yılmazı milli müdafiə naziri təyin edilməsi münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb. Nazirlər iki ölkə arasında mövcud hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan nazirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasının, işğalçı Ermənistanın tez bir zamanda torpaqlarımızdan geri çəkilməsinin vaxtının çatdığını xüsusi qeyd ediblər.


S. Əbiyev bildirib ki, problemin sülh şəraitində həlli üçün danışıqlar getsə də, hələlik konkret nəticə yoxdur və Ermənistan öz təcavüzkarlığını davam etdirir. Onun fikrincə, belə bir vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrində ciddi hazırlıq işlərinin aparılmasından özgə yol qalmır.


Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç da iştirak edib
Bu xəbər oxucular tərəfindən 1290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed