Şrift:
Bakıda şadlıq sarayında toy zamanı kütləvi dava düşüb, yaralı və saxlanılanlar var
06.07.2017 [11:08] - Hadisə
Bakının Binəqədi rayonunda kütləvi dava olub.
Hadisə 9-cu mikrorayonda yerləşən "Tərlan" şadlıq sarayında qeydə alınıb.
Hadisə şahidi Xəqani Süleymanov "Report"a bildirib ki, 8 nəfər arasında mübahisə zəminində düşən dava nəticəsində bir nəfər xəsarət alaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsindən "Report"a verilən məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed