Şrift:
Türkiyənin məşhur aktyoru vəfat edib
11.07.2017 [10:34] - Gündəm
Türkiyənin məşhur aktyoru Fikrət Hakan 83 yaşında vəfat edib.
Ağciyər xərçəngindən müalicə alan aktyor yerləşdirildiyi İstanbul Dr. Lütfi Kırdar Kartal Eğitim ve Araştırma Hastanesində dünyasını dəyişib.
Qeyd edək ki, Fikrət Hakan 1934-cü ilin aprelin 23-də Balıkesirdə dünyaya gəlib.
1950-ci ildə 'Üç Güvercin' adlı tamaşa ilə 'Ses Tiyatrosu'nda teatra ilk addımını atıb. 1952-ci ildə isə 'Köprüaltı Çocukları' adlı film ilə kino sahəsində fəaliyyətə başlayıb. 163 film ve serialda rol alıb.1998-ci ildə dövlət sənətçisi adına layiq görülüb. Aktyor son rolunu 2014-cü ildə çəkilən "Birleşen Gönüller" adlı filmdə ifa edib.
Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed