Şrift:
Tibb elminə minnət hissinizi artıracaq 5 ELMİ İXTİRA
21.07.2017 [10:38] - Sağlıq
XIX əsrdə doğulan hər üçüncü körpə elə doğum masasında tələf olurdu. Yerdə qalanlar isə 10 yaşa çatmadan dünyalarını dəyişirdilər. Bu dövrdə Avropada orta ölüm həddi 42 yaş idi.
Tibbin durmadan inkişafı, çağdaş insanın orta yaş həddini iki dəfə artırıb.
Publika.az oxuduqdan sonra tibb elminə minnət hissinizi artıracaq 5 elmi ixtiranın siyahısını təqdim edir.
Anesteziya
Anesteziyanın kəşfinədək diş çəkmək ən böyük ağrılı proseslərdən biri idi. Geniş kütlə həkim otağının önündə toplaşıb, xəstənin iniltisini dinləyirdi.
1864-cü ildə həkim Uilyam Morton xəstənin damağındakı şişi əməliyyatla götürdü. Həkimin ətrafına toplaşan insanlar heyrət içərisində idilər. Axı, necə olur ki, insanın damağı kəsilib, tikilsin, amma səsi də çıxmasın?!
Cavab sadə idi. Həkim Morton əməliyyat zamanı xəstənin damağına dietil efir sürtüb, ağzını keyitmişdi. Daha sonra bu təcrübələrdə dietili xloroform, kokain və venadaxili yeridilən spirtli içkilər əvəz etməyə başladı.
1905-ci ildə isə, novokainin kəşfi ilə insan oğlu ağrıya qalib gəldi.


Qan qrupu və köçürülməsi
Qədim Yunanıstanda qan qrupunu müəyyən etmədən, insanlara köçürürdülər. Hətta, çox vaxt heyvan qanı da, donor olurdu. Bu isə, faciəvi sonluqla bitirdi.
XIX əsrdə həkim Karl Landşteyner özündən və əməkdaşlarından qan götürüb, təcrübələr aparmağa başladı. O, götürdüyü nümunələri bir-birinə qarışdırır və eritrositlərin yapışıb-yapışmadığını yoxlayırdı.
Beləcə 3 qan qrupu müəyyən edildi. Daha sonra isə dördüncü qan qrupu da kəşf edildi.


Rentgen şüaları
Rentgen şüalarının ixtirasınadək, həkimlər sümük əyriliklərini çəkic, mişar və digər alətlərin köməyi ilə aradan qaldırırdılar. 1895-ci ildə indi sadəcə rentgen adlandırdığımız rentgenoqrafiya ixtira olundu. Daxili orqanlardakı qüsurların rentgen şüalarının köməyi ilə müəyyən edilməsi, insanların əzabına son qoydu.


Peyvənd
Orta əsrlərdə hər il suçiçəyi xəstəliyindən 400 min yəhudi dünyasını dəyişirdi. Tarix boyu bu xəstəlikdən 3 milyard insanın öldüyü bəlli olub.
1796-cı ildə həkim Edvar Cenner kəndlilər arasında inək suçiçəyinin yayılmasını izləməyə başladı. Bu adi suçiçəyindən daha yüngül xəstəlik idi. O, müşahidə zamanı kəndlilərin bundan sonra ağır suçiçəyinə tutulmadıqlarının şahidi oldu. Bu nəzəriyyədən yola çıxaraq, o, kilsənin hədə-qorxusuna rəğmən, suçiçəyi xəstəliyinin qarşısını alan peyvənd hazırladı.


Аntiseptika
Viktorian dövrünün həkimləri təmizkar deyildilər. Onlar cəsəd üzərində təcrübə apardıqdan həmən sonra, əllərini yumadan doğum qəbul edirdilər. Bu isə doğuş zamanı minlərlə qadının müxtəlif infeksiyalara yoluxmasına səbəb olurdu.
Zemmelvays və Lister adlı həkimlərin ağlına bəşəriyyətin xilasına səbəb olan fikir gəlir. Onlar fenol, ağız maskaları, tibbi alətlərin yuyulması, xəstənin yarasının infeksiyalardan təmizlənməsi və digər təmizlik tədbirləri görməyə başlayırlar. Bundan sonra həkimlər doğum masasında dünyasını dəyişən qadınların sayını 1-2%-ə endirməyə nail olurlar.
Bu gün, tibbin qarşısında gücsüz qaldığı bir sıra xəstəliklər, o cümlədən xərçəng bəlası durur. Ümid edək ki, növbəti onilliklərdə bu xəstəliklərin də çarəsi tapılacaq.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed