Şrift:
Azərbaycan XİN Pakistandakı terror aktını pisləyib
26.07.2017 [09:48] - Xəbərlər, Özəl xəbər
Azərbaycan Pakistanın Lahor şəhərində törədilən terror aktını pisləyir və həlak olanların və yaralıların ailələrinə, həmçinin bütün qardaş Pakistan xalqına dərin başsağlığı verir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Qeyd edək ki, ötən gün Pakistanın Pəncab vilayətində partlayış baş verib. Vilayətin Lahor şəhərində tərəvəz bazarının girişində baş vermiş partlayış nəticəsində 9-u polis olmaqla 26 nəfər ölüb, 49 nəfər yaralanıb.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed