Şrift:
ÇL: “Qarabağ” Bakıda "Şerif"in müqavimətini qıra bilməyib
26.07.2017 [10:08] - Xəbərlər, İdman
"Qarabağ” komandası Moldova "Şerif"i ilə futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma qolsuz yekunlaşıb - 0:0.
Ardıcıl dördüncü mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki illərdə məhz bu raundda mübarizəni dayandırıb və yoluna Avropa Liqasında davam edib. Bu baxımdan "Qarabağ”ın "Şerif”lə dueldə tilsimi qırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşdə müsbət nəticə əldə etməsi vacib idi. Lakin ərazi üstünlüyünə malik olmasına baxmayaraq, Azərbaycan çempionları rəqibin müqavimətini qıra bilməyiblər. Avqustun 1-də Tiraspolda keçiriləcək cavab görüşündə "Qarabağ" ən azı istənilən hesablı qollu heç-heçəyə nail olmalıdır.
Qeyd edək ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində Gürcüstan çempionu "Samtredia”nı mübarizədən kənarlaşdırıb (5:0, 1:0). Tiraspol klubu isə Albaniyanın "Kukes”i komandasından güclü olub (1:0, 1:2).
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
25 iyul
21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 0:0
Baş hakim: Sergey Tsınkeviç
Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed