Şrift:
Hitlerin əmri ilə batırılan gəmi tapıldı - İçində 4 ton qızıl var
26.07.2017 [10:22] - Gündəm
Xəzinə axtarmaqla məşğul olan ingilis qrup 1939-cu ildə batırılan alman yükdaşıma gəmisinin qalıqlarını tapıb.

II dünya müharibəsi dövründə Braziliyadan alınan və İslandiya yaxınlığında öz ekipaj üzvləri tərəfindən batırılan “SS Minden” adlı gəminin gövdəsi tapılıb. İslandiya hökuməti ilə əlaqə saxlayan ingilis şirkət gəmidə olduğu deyilən 4 ton qızılı çıxaqmaq üçün icazə gözləyir.

Xəzinə axtaran qrup aprel ayında İslandiya hökumətindən icazə ala bilmədiyi üçün sahib təhlükəsizlik xidməti nümayəndələri tərəfindən saxlanılmışdı.

Qeyd edək ki, gəminin batırılma səbəbi İngiltərənin qızıldan xəbər tutması olub. Bu barədə əmri Adolf Hitler verib.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed