Şrift:
Oynaq ağrılarının limon qabığı ilə müalicəsi
11.08.2017 [10:07] - Gündəm, Sağlıq
Oynaq ağrılarının yaşa bağlı olaraq artdığı deyilsə də, gənc yaşdakı insanlarda da sıx rast gəlinən xəstəlikdir.
Oynaq ağrıları daha çox çəki problemi olanlarda, müxtəlif qəza nəticəsində əmələ gələn yaralanmalarda, müxtəlif xəstəliklərə bağlı olaraq meydana gələ bilər. Psixoloji səbəblərdən də oynaq ağrıları yaranır.

Oynaq ağrılarının limon qabığı ilə müalicəsi

Qarışığı hazırlamaq üçün təbii limon qabığı, zeytun yağı, bir neçə evkalipt yarpağı, qapağı olan qab və bintə ehtiyacınız var. Öncə, qabın içərisinə limon qabığını əlavə edib zeytun yağı tökün. Son olaraq evkalipt yarpaqlarını da yerləşdirdikdən sonra qabın qapağını möhkəm bağlayın. Qarışığı 15 gün açmadan saxlayın. 15 gündən sonra limon qabığı qarışığını təmiz bintə sürtərək ağrıyan bölgələrinizə yerləşdirin. Daha təsirli olması üçün gecə yatmazdan əvvəl tətbiq edin.


Qeyd: Təbii üsulları tətbiq etməzdən əvvəl mütləq həkiminizlə ağrıların səbəbini müəyyənləşdirin.
Bu xəbər oxucular tərəfindən 12 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed