Şrift:
MDB-yə üzv dövlətlərin Məsləhət Şurasının 13-cü iclasının gündəliyi açıqlanıb
15.08.2017 [10:23] - Gündəm, Siyasət
MDB-yə üzv ölkələrdə dövlətin maddi ehtiyatlarına idarəçiliyi həyata keçirən icra orqanları rəhbərlərinin Məsləhət Şurasının 13-cü iclasının gündəliyi açıqlanıb.

Birlik ölkələrinin təmsilçiləri Minskdə bir araya gələrək Şuranın 2016-cı və 2017-ci illərdəki fəaliyyətini nəzərdən keçirəcəklər. MDB-yə üzv ölkələrin dövlətin maddi ehtiyatlarının elmi-texniki sisteminin inkişafı, bu illər ərzində kadrların ixtisasının artırılması sahəsində görülən işlərin nəticələri müzakirə ediləcək. Bundan başqa, 2013-cü ildən 2017-ci ilədək bu istiqamətdəki fəaliyyətlə bağlı hesabatın MDB-nin İqtisadi Şurası yanında iqtisadi məsələlər üzrə komissiyaya təqdim ediləcəyi nəzərdə tutulub.

İclasda 2016-2020-ci illəri əhatə edən MDB-nin iqtisadi inkişafının strategiyasının 3-cü mərhələsinin reallaşdırılması üzrə Tədbirlər Planının həyata keçirilməsinə və MDB-nin hüquq-müqavilə bazasının inventarizasiyası məsələsinə baxılacaq. Şura üzvləri növbəti müddətə MDB-yə üzv dövlətlərdə dövlətin maddi ehtiyatlarına idarəçiliyi həyata keçirən dövlət icra orqanlarının rəhbərlərinin Məsləhət Şurasının sədrini və 2018-ci ildə Şuranın keçiriləcəyi yeri seçəcəklər. İclasın avqustun 23-24-də keçirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed