Şrift:
Macarıstandakı diaspor nümayəndəsi: “Ramil Səfərov mənə zəng edir...” - MÜSAHİBƏ
17.05.2012 [12:04] - Müsahibə
Macarıstandakı diaspor nümayəndəsi: “Ramil Səfərov mənə zəng edir...” - MÜSAHİBƏ
Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin rəhbəri Ramiz Əmirli müsahibə verib. Müsahibəni təqdim edirik:




- Ramiz bəy, öncə bilmək istərdik: Macarıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun vəziyyəti necədir?



- Əvvəla fürsətdən istifadə edib bütün millətimizə uzaq Macarıstanda yaşayan soydaşlarımızın səmimi salamlarını çatdırmaq istərdim. Qaldı burada Azərbaycan diasporunun durumuna, düzü Macarıstanda fəaliyyət göstərən diasporumuzun vəziyyəti heç də ürəyimcə deyil. Daha güclü diaspor yarada və fəaliyyətimizi genişləndirə bilərik. Macarıstanda soydaşlarımızın da sayı azdır. Türk qardaşlarımızla birgə fəaliyyət göstəririk. İstərdim ki, diaspor işində ölkəmizi təmsil edən səfirlik də bizə yardımçı olsun.


- Bir müddət öncə xəbər yayılmışdı ki, Macarıstan parlamentində Xocalı faciəsinin tanınması ilə bağlı məsələ gündəmə gətirilib. Bu haqda nə deyə bilərsinz?


- Bu təklif Macarıstanda son zamanlar nüfuzu qalxan YOBBIK partiyasının sədri Vona Qabor tərəfindən səsləndirmişdi. Bu partiya macar xalqını özünü tanımağa, öz kökünü qayıtmağa səsləyir. Onlar “mənim vətənim-mənim qalamdır” prinsipi ilə yaşamağı arzulayırlar.


Macar xalqı da eynilə biz azərbaycanlılar kimi bir çox faciəvi tarixdən keçib. Macarıstanın bir dövlət olaraq bir necə hissəyə parçalanması buna misaldır.


Bildiyiniz kimi, macarlar əslən hunlardır. Onlar bir zamanlar Altay dağlarında, Qazaxıstan, Çin ərazilərində, Xəzərin sahillərinə yaxın coğrafi məkanda yaşayıblar. Atillanın imperatorluğu dövründə bütün Avropanın mərkəzi olan Romaya kimi gedib çıxmışdılar.


Ona görə də YOBBIK partiyası və onu sədri Vona Qabor öz xalqını ona doğma olan xalqlarla isti münasibət qurmağa çağırır. Avropa macarlara heçnə verməyib. Şengen dövlətlərinə qəbul olmaq isə macarları daha ağır vəziyyətə salıb. Baş nazir Orban Viktor ölkəsinin bu ağır vəziyyətdən çıxarmaq üçün bütün var qüvvəsi ilə çalışır. Çünki bundan öncəki höküməti təsmil edən sosialistlər Avropa İttifaqından alınan kridetlərlə millətini ağır vəziyyətə salıblar.


Orban Viktor hiss edir ki, ağır vəziyyətdən çıxmaq üçün ölkənin üzünü şərqə çevirmək lazımdır. Avropa İttifaqı Almaniya və Fransanın diqtəsi altındadır, başqa dövlətlər problemlərlə üzləşib.


Belə bir mühüm məqamda diasporumuzun güclənməsi bizə çox lazımdır, hava su kimi. Bu işdə bizə hökümətimiz də dəstək verməlidir. Belə olan halda macar parlamentində çox şeyə nail olmaq olar.


- Ümumiyyətlə, Macarıstan-Azərbaycan əlaqələrini necə dəyərləndirirsiniz?


- Dövlətlərimiz arasında əlaqəni çox yüksək qiymətləndirirəm. Macarıstanın bas naziri Orban Viktorun Azərbaycana səfərini misal çəkə bilərik. Son zamanlar iki ölkə arasında yüksək səviyyəli görüşlərin təşkil edilməsi münasibətlərimizi daha da inkişafına səbəb olur.


Diaspor təmsilçisi kimi çox istərdim ki, iki ölkə arasında təyyarə uçuşları da açılsın. Heç olmasa həftədə1-2 reys həyata keçirilsin.


- Azərbaycan işadamları bu ölkəyə yatırım qoymaqda maraqlıdırlarmı?


- Bu gün Macarıstana sərmayə qoymaq lazımdır. Bu işdə istənilən azərbaycanlı biznes adamına lazımı yardım göstərməyə hazırıq. Məşhur iş adamı və çox hörmət etdiyim professor İlham Rəhimov Macarıstana səfərini təşkil etmişdik. İlham müəllim iş adamları və yüksək cinli hökumət nümayəndələri ilə görüşdü. Ola bilsin ki, İlham müəllim Budapeştdə bəzi böyük biznes layihələrində iştirak edəcək.


- Bu gün macar cəmiyyətində Azərbaycan haqqında təsəvvürlər necədir?


- Macarıstandakı səfirimiz Vilayət Quliyevin fəaliyyəti böyükdür. O, səfir olmaqla yanaşı, tarixçi kimi də ölkəmiz haqqında müsbət fikirlərin formalaşmasında müstəsna rol oynayır. Bütün tədbirlərimizdə xalqımız dəyərləri haqqında geniş məlumatlar verir. Bu yaxınlarda ASAIF-in (Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin) sayca 2-cı olan beynəlxalq Forumu keçirildi. 2000-nə yaxın yeri olan zal demək olar ki, tam dolmuşdu. Burada səfirimiz başda olmaqla təhsil naziri, idman və gənclər naziri iştirak edirdi. Müxtəlif çıxışlar oldu.


- Bəs, erməni diasporunun fəaliyyəti hansı səviyyədədir?


- Artıq zaman və insanlar dəyişib. Erməni lobbisinin yalanları ifşa olunmaqdadır. Macarıstanda erməni lobbisi o qədər də güclü deyil. Amma biz gücümüzü daim artırmalıyıq. Yuxarıda qeyd etdiyim kimi, Türkiyə lobbisi ilə birgə addım atırıq. Mən şəxsən son illər Avropada Tale Heydərdovun lobbiçilik fəaliyyətini yüksək dəyərləndirirəm. Yaxşı nailiyyətlər əldə olunub. Ona özümün və cəmiyyətimizin adından minnətdarlığımız bildirirəm.


- Macarıstan həbsxanasında ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərovla görüşürsünüzmü? Yaxın illərdə onun Azərbaycana ekstradisiyası mümkündürmü?


- İlham Rəhimov Macarıstana səfərində ordumuzun zabiti Ramil Səfərovla da şəxsən görüşdü. Bu görüşdə mən də iştirak edirdim. İlham müəllim Ramilin işini beynəlxalq hüquq qanunları çərçivəsində öz həllini tapması üzərində çalışır. Biz inanırıq ki, ona da nail olunacaq.


Ramil hamımızın fəxr edəcəyi oğuldur. Bəli, mən onunla görüşmüşəm, tez-tez həbsxanadan mənə zəng edir, söhbətləşirik. Ona hər cür şərait yaradılıb. Dövlətimiz və səfirliyimiz nə lazımdır onu edir.


İnanırıq ki, dölvətimiz bütün imkanlarından istifadə edərək, qeyrətli zabitimizin ölkəmizə ekstradisiyasına nail olacaq və o, cəzasının qalan hissəsini ölkəmizdə çəkəcək.



Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed