Şrift:
Nyu-York polisi etiraz aksiyasının 70 iştirakçısını həbs edib
16.10.2011 [12:02] - Gündəm
Nyu-York polisi «Uoll Striti zəbt edək» şüarı altında keçirilən növbəti etiraz aksiyasının 70 iştirakçısını həbs edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nümayişçilər ABŞ hökumətinin iqtisadi siyasətinə etiraz şüarları altında yürüş keçiriliblər. Polis Manhettendə keçirilən mitinq zamanı onlarla etiraz aksiyası iştirakçısını həbs edib. Ümumilikdə aksiyada 5 min insan iştirak edib.
Bildirilir ki, etiraz aksiyaları ABŞ-ın Denver, Sietl, San-Diyeqoda keçirilib.
San-Diyeqo şəhərində aksiya iştirakçıları avtomobil yollarını bağlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed