Şrift:
ABŞ-da 5,7 bal gücündə 2 zəlzələ olub
23.09.2017 [09:35] - Gündəm, Hadisə
ABŞ-ın Kaliforniya ştatında 5,7-dək bal gücündə ardıcıl 2 zəlzələ olub.

Bu haqda ABŞ Geoloji xidməti xəbər verib.

Birinci zəlzələ UTC vaxtı ilə saat 19:50-də 5,7 bal gücündə qeydə alınıb. Yeraltı təkanların mərkəzi Ferndeyl şəhərindən 204 kilometr qərbdə yerləşib. Ocağı 9,1 kilometr dərinlikdə olub.

Onun ardınca Ferndeyl şəhərindən 58 kilometrliyində 5,6 bal gücündə daha bir zəlzələ olub. Ocağın dərinliyi 4,6 kilometr olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed