Şrift:
Milli Məclis Avropa Parlamentinə etiraz etmək üçün komissiya yaratdı
29.05.2012 [13:27] - Siyasət
Milli Məclisin bu gün keçirilən növbəti iclasında Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz bildirilib.

Çıxışlardan sonra qərara alınıb ki, Azərbaycan parlamentinin adından Avropa Parlamentinə rəsmi etiraz bildirilməsi üçün ayrıca sənəd hazırlansın. Bunun üçün Milli Məclisdə deputatlardan ibarət komissiya yaradılıb. Komissiyaya deputatlar Bahar Muradova, Əli Hüseynli, Rəbiyyət Aslanova, Sahibə qafarova, Azay Quliyev, Fərəc Quliyev, Fəzail İbrahimli daxil edilib.
Bu xəbər oxucular tərəfindən 1048 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed