Şrift:
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
19.10.2017 [14:36] - Siyasət
Oktyabrın 19-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verib.

İclasda “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Reklam haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Avtomobil yolları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Bildirilib ki, bu qanun layihələrində texniki dəyişikliklər edilir.

Deputatlar, həmçinin Vergi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə də baxıblar. Qeyd edilib ki, bu qanun layihələrinə də təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

Həmçinin “İnzibati Xətalar” Məcəlləsinə müvafiq maddə əlavə edilir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.

Müzakirə olunan məsələlər barədə deputatlar fikir və təkliflərini səsləndiriblər.

Sonra bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed