Şrift:
İşğalçı Ermənistan quldur dəstələri silahlı hücumlarını davam etdirir
01.06.2012 [11:24] - Xəbərlər, Hərb
Ermənistan ordusu mayın 31-də saat 18.45-dən 19.15-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərini; saat 23.50-dən 00.05-dək və iyunun 1-də saat 01.45-dən 02.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini; saat 10.00-dan 10.10-dək Fizuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən; saat 10.05-dən 10.50-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən; iyunun 1-də saat 03.30-dan 03.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed