Şrift:
İran və Rusiya prezidentləri arasında görüş keçiriləcək
05.06.2012 [12:20] - Siyasət
İran prezidenti Mahmud Əhmədinejadla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.Görüş iyunun 6-7-də Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində baş tutacaq: “Bununla bağlı hər iki ölkənin prezidenti arasındakı telefon danışığı zamanı razılaşma əldə olunub. Görüşün əsas müzakirə mövzusu İranın nüvə proqramı olacaq. Rusiya prezidenti məsələ ilə bağlı son məlumatları iranlı həmkarından alacaq və onun mövqeyini öyrənəcək. Rusya İranın nüvə proqramına dair keçirilmiş son yığıncağın nəticələrindən məmnun deyil, Ancaq müzakirələrin davam etdirilməsinin tərəfdərıdır.
Qeyd edək ki, iyunun 18-19-da Moskva şəhərində İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed